Burun çəpər əyriliyi burun boşluğunu iki hissəyə ayıran qığırdaq və sümükdən ibarət çəpərin əyilməsi nəticəsində yaranan bir vəziyyətdir.
Bu hal burun tənəffüsünü çətinləşdirdiyi üçün yuxunun pozulmasına, baş ağrıları və ümumi həyat keyfiyyətinin azalmasına səbəb ola bilər.
2024-cü ilin yanvar-iyun ayları ərzində icbari tibbi sığorta hesabına 2000-ə yaxın burun çəpəri əməliyyatı icra olunub.
Burun çəpər əyriliyi irsən keçə və anadangəlmə ola bilər. Bundan başqa travmalar, burun polip və ya törəmələrinin təzyiq etməsi kimi səbəblərin təsirindən də yarana bilər. Çəpər əyriliyi olan xəstələrdə təkrarlanan burun tutulması, kəskin və xronik sinusitlər, xoruldama, burundan tez-tez qan axması, orta qulağın iltihabı, eşitmə və iybilmə funksiyalarının pisləşməsi kimi şikayətlər ola bilər. Burun çəpər əyriliyinin müalicəsi yalnız cərrahi yolla mümkündür. Lakin əyriliyin mövcudluğu faktı cərrahi müdaxiləyə göstəriş deyil. Çəpər əyriliyi burun tənəffüsünün çətinləşməsinə, diskomfort və yanaşı xəstəliklərə səbəb olduğu hallarda əməliyyat icra edilir.
Məlumat üçün bildirək ki, burun çəpər əyriliyi ilə bağlı əməliyyatlarda müasir tibbi texnologiya və beynəlxalq standartlara uyğun tibbi alətlərdən istifadə olunur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !