İcbari tibbi sığorta üzrə yeni xidmətlər zərfinin yaxın günlərdə təsdiq olunacağı gözlənilir

13:22 | 20.05.2023
"Yaxın günlərdə icbari tibbi sığorta üzrə yeni xidmətlər zərfinin təsdiq olunacağını gözləyirik".

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev "Bakı Ürək Günləri" 8-ci Beynəlxalq Konqresində deyib.

O bildirib ki, yeni xidmətlər zərfində ürək-damar xəstəliklıri ilə bağlı bir sıra yeni xidmətlər də yer alacaq.

"Ötən il icbari tibbi sığorta zərfi çərçivəsində 34 mindən çox ürək-damar cərrahiyəsi həyata keçirilib. Bu ilin ilk 3 ayında isə bu rəqəm 5 mini ötüb", - Zaur Əliyev vurğulayıb.

Agentlik rəhbəri bildirib ki, Azərbaycanın bölgələrində ürək damar xəstəliklərinə operativ müdaxilə üçün yeni şöbələrin yaradılmasına başlanılıb: "Artıq Lənkəranda bu şöbə fəaliyyətə başlayıb. İlin sonuna qədər digər bölgələrdə də açılacaq".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb