İcra başçıları nə qədər əməkhaqqı alır? – SİYAHI

01:06 | 04.01.2020
İcra başçıları nə qədər əməkhaqqı alır? – SİYAHI

İcra başçıları nə qədər əməkhaqqı alır? – SİYAHI


Son zamanlar icra başçıları ilə bağlı kadr islahatları aparılır.

Bəzi sabiq icra başçılarının adları ciddi maxinasiyalarda, mənimsəmə hallarında hallanıb.

Bu da belə bir sual doğurur – təmtəraqlı villalara, maşınlara malik olan rayon icra hakimiyyətlərinin başçıları nə qədər əməkhaqqı alır?

Azərbaycanda dövlət orqanlarında rəhbər vəzifələr tutan məmurların aylıq maaşı ölkə Prezidentinin 10 avqust 2004-cü il tarixdə təsdiqlədiyi "Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” sərəncamı ilə tənzimlənir. Bu sərəncam həmin ilin sentyabrın 1-dən qüvvəyə minib.

Sərəncama görə, yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilir:
Bakı şəhəri üzrə icra hakimiyyətləri başçılarının əməkhaqqı – 1 925 manat

Gəncə və Sumqayıt şəhərləri üzrə – 1 280 manat
Şəhər və rayon üzrə – əhalisinin sayı 100 min nəfərdən çox olduqda – 1 045 manat
Əhalisinin sayı 50-100 min nəfər olduqda – 990 manat
Əhalisinin sayı 50 min nəfərədək olduqda – 880 manat.

(Cebhe.info)
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM