İcra başçısı məcburi köçkünlərlə görüşüb

20:58 | 30.05.2020
İcra başçısı məcburi köçkünlərlə görüşüb

İcra başçısı məcburi köçkünlərlə görüşüb

Qazax Rayon İcra Hakimiyyətinin başçısı məcburi köşkün ailələri ilə görüşüb .
 
 R.Babaşov  rayonun Qazaxbəyli kəndində Yeni qəsəbədə olub, məcburi köçkün ailələri ilə görüşüb. Onlara bayram sovqatı paylanılıb. Ölkə başçısının və Birinci vitse-prezidentin məcburi köçkün ailələrinə göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri bugünkü tədbiri həmin qayğının bariz nümunəsi kimi qeyd edib. Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, "Gənc Könüllülər”in və aidiyyatı şəxslərin iştirakı ilə həyata keçirilən xeyriyyə aksiyası qəsəbə sakinləri tərəfindən razılıqla qarşılanıb.
 
İcra başçısının bu qədər sakini ətrafına toplaması müzakirələrə səbəb olub. Bildirilib ki, ölkədə koronavirusa yoluxmanın artdığı bir dövrdə belə bir addım yolverilməzdir.
 
Qeyd: Azərbaycanda karantin rejimi iyunun 15-dək uzadılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb