İcra başçısı onu özünə müavin təyin etdi

Gədəbəy rayon İcra Hakimiyyətinə yeni təyinat olub.
Anews.az-ın əldə etdiyi məlumata görə, Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin müvafiq əmri ilə, Nağıyev Natiq Fərhad oğlu başçının birinci müavini vəzifəsinə gətirilib.
Sözügedən xəbəri Gədəbəy rayonu İcra Hakimiyyətindən Anews.az-a təsdiqləyiblər.
Qeyd edək ki, Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısının birinci müavini təyin edilən Natiq Nağıyev bundan öncə Alnabat kənd üzrə icra nümayəndəsi olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər