İcra başçısının villasını belə yandırdılarVİDEO

14:32 | 30.10.2017
İcra başçısının villasını belə yandırdılar – VİDEO

İcra başçısının villasını belə yandırdılarVİDEO

Xəbər verdiyimiz kimi, Qubanın sabiq icra başçısı, hazırda Göyçay rayonun icra başçısı Mübariz Ağayevin rayondakı evlərinin birinin kül olması ilə nəticələn müəmmalı yanğın gündəmin əsas xəbərlərindən biridir.

Məlumata görə, Almaniyada müalicədə olunan icra başçısı evinin yanması ilə bağlı məlumat əldə etdikdən sonra təəcili ölkəyə qayıdıb. Rəsmi məlumata görə, Mübariz Ağayevə məxsus evin 8 otağı əşyalarla birgə yanıb və yararsız vəziyyətə düşüb. Yanğının səbəbləri araşdırılsa da, Qubada artıq bu barədə xeyli şayiələr və söz-söhbətlər yayılıb.

AZXEBER.COM-a sözügedən yanğınla bağlı özəl video göndərilib. Videodan da göründüyü kimi ikimərtəbəli olan villa bir neçə saata tamamilə külə çevrilib.

Rayondan aldığımız məlumata görə, sabiq icra başçısının evində yanğının qəsdən ola biləcəyi ilə bağlı müxtəlif söz-söhbətlər var.

Qeyd edək ki, Qubada 2012-ci ildə baş vermiş etiraza səbəb icra hakimiyyəti başçısı Rauf Həbibovun yerli əhalini təhqir edən çıxışının youtube.com saytına yerləşdirilməsindən sonra baş vermişdi. Əhali icra başçısının evini, yardımçı tikililərini yandırmışdı. Belə bir gərgin vaxtda rayonun o zamankı kuratoru nəqliyyat naziri Ziya Məmmədovun dəstəyi ilə (M.Ağayevlə sabiq nazir bir rayondandır) rəhbər təyin edilən M.Ağayev isə etimadı doğrultmadı. Düşünmək olardı ki, məmur özbaşınalıqlarının az qala üsyan həddinə gətirdiyi Qubada M. Ağayev əsaslı dönüş yaradacaq. Lakin, onun rəhbərliyinin "Quba dövrü” ən uğursuz mərhələ hesab oluna bilər.

Onun rəhbərliyi dönəmində kütləvi etirazlar olmasa da, icra başçısının əhalinin deyil, öz yaxın adamlarının güzaranını fikirləşdiyi, rayon ərazisində bir neçə yerdə villa tikdirdiyi xəbərləri mediada günlərlə müzakirə olunub. Ümumiyyətlə M.Ağayevin adı korrupsiyalaşmış məmurlar sırasında ön sıralarda çəkilib.

Bundan başqa Mübariz Ağayev keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun ən yaxın adamlarından biri hesab edilir.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM