Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov “Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) sabiq prezidenti Tağı İbrahimovun Novxanıda yerləşən 4.5 milyonluq villasını alması barədə yayılan məlumatlara münasibət bildirib.
B.Səfərov Publika.az-a açıqlamasında haqqında yayılan məlumatlara maraqlı cavab verib:
“Lap 5 milyon yazsınlar. Hamı villa ala bilər, mən yox? Belə şeylərə fikir vermək lazım deyil”.
B.Səfərov jurnalistin “Vila almağınız barədə xəbərlər doğrudur?” sualına belə cavab verib:
“Bu, yalan və ya doğru məlumat ola bilər. Məndə o qədər pulum hardandır? O qədər pulum yoxdur”.
Sonra B.Səfərov zarafatla deyib ki, həmin villa dəyişdirilib: “Villanı alğı-satqı etməmişik, “barter” etmişik (Red: gülür)”.
Xatırladaq ki, “Azpolitika.info” saytı Tağı İbrahimovun 4,5 milyon manata satdığı möhtəşəm villanın yeni sahibinin Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov olduğunu yazıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !