Prezident İlham Əliyevin sərəncamı ilə Alimpaşa Adil oğlu Məmmədov Şəmkir rayonu İcra Hakimiyyətinin yeni başçısı təyin edilib. ANN.Az-ın modern.az-a istinadən məlumatına görə, yeni icra başçısı Alimpaşa Məmmədov bu təyinatadək Vergilər Nazirliyində çalışıb. Belə ki, o, Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi postunu tuturdu.A.Məmmədov həm də Azərbaycan Güləş Federasiyasının 2 saylı regional nümayəndəliyinin rəhbəridir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !