ONA-nın xəbərinə görə, hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, iddia ərizəsi geri qaytarılıb. Buna səbəb iddia ərizəsinə cavabdeh "Azəriqaz” tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin alınması barədə sənədin əlavə edilməməsi olub.
Qeyd edək ki, icra hakimiyyəti "Azəriqaz”a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə hesablanmış 20976 manat borc öhdəliyinə xitam verməklə iddia müddəti ötmüş borc kimi silinməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !