İcra hakimiyyəti “Nəsimi bazarı”nı satdı - SÖKÜLÜR

10:51 | 20.05.2020
İcra hakimiyyəti “Nəsimi bazarı”nı satdı - SÖKÜLÜR

İcra hakimiyyəti “Nəsimi bazarı”nı satdı - SÖKÜLÜR

Bakının köhnə bazarlarından olan "Nəsimi bazarı”nın söküntüsünə başlanılıb.

Anews.az Baku.ws-ə istinadla xəbər verir ki, söküntü işləri artıq başlanılıb.
Qeyd edək ki, bazarın söküləcəyi barədə çoxdan məlumat verilmişdi. Lakin söküntü işlərinə gözlənilmədən başlanılıb.


Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətilə əlaqə saxlanıb.

Qurumun təsərrüfat şöbəsinin müdiri Qurban İsmayılov sayta bildirib ki, "Nəsimi bazarı” pilot layihə çərçivəsində satılıb. Onun yerində yaşayış binası tikiləcək.

"Pilot layihə çərçivəsində tikinti işləri aparılacaq. Bazarın sahibi ilə razılaşandan sonra bina tikiləcək. Artıq ərazidə 3 bina tikilib, biri də bazarın yerində olacaq”, - deyə Qurban İsmayılov bildirib.

Xatırladaq ki, "Nəsimi bazarı” Bakının ən qədim kolxoz bazarlarından biri idi.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb