İcra Hakimiyyəti Qaraçuxurun acınacaqlı yolları ilə bağlı suallara cavabdan qaçır

15:57 | 29.01.2020
İcra Hakimiyyəti Qaraçuxurun acınacaqlı yolları ilə bağlı suallara cavabdan qaçır

İcra Hakimiyyəti Qaraçuxurun acınacaqlı yolları ilə bağlı suallara cavabdan qaçır

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən Şərq yaşayış massivində yolların pis vəziyyətdə olduğu barədə xəbər vermişdik. Sakinlərdən redaksiyamıza daxil olan şikayətdə yollarda çətinliklə hərəkət etdikləri bildirilirdi. 

Məsələ ilə bağlı Oxu.Az Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq bu məsələ ilə bağlı suallara cavab almağa çalışıb.

Əvvəlcə onu qeyd edək ki, Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi saytında qeyd olunan əlaqə nömrələrindən yalnız biri işləyir. Həmin nömrədə isə bir neçə dəfə zəng etdikdən sonra, nəhayət, telefonlarımıza cavab verən tapıldı.

Zəngə cavab verən xanım sualımıza cavab olaraq bildirdi ki, Qaraçuxur qəsəbəsində yerləşən Şərq yaşayış massivi, 14 və 15-ci döngələrində yaşayan sakinlərin probleminə baxılması üçün sakinlər rəsmi qaydada İcra Hakimiyyətinə ərizə ilə müraciət etməlidir:

"Suraxanı rayonu ərazisində təmirə ehtiyac olan yollarda mərhələli şəkildə işlər görülür. Sakinlər ərizə ilə müraciət etsələr, rəhbərlik tərəfindən rəsmi şəkildə cavablandırılacaq”.

Müsahibimiz məsələyə daha ətraflı cavab verilməsi üçün bizi İH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarova yönləndirəcəyini bildirdi. Lakin sonra zənglərimizə cavab ala bilmədik. 

Xatırladaq ki, rayonun Qaraçuxur qəsəbəsində yerləşən Şərq yaşayış massivi, 14 və 15-ci döngələrində 20 ilə yaxındır yollar pis vəziyyətdədir. Sakinlər iddia edir ki, yollarda palçıqdan addım atmaq mümkün deyil. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb