İcra Hakimiyyətinin avtomobili piyadanı vurub öldürdü

14:13 | 21.01.2020
İcra Hakimiyyətinin avtomobili piyadanı vurub öldürdü

İcra Hakimiyyətinin avtomobili piyadanı vurub öldürdü

Bakıda yük maşını piyadanı vurub öldürüb.

Day.Az Milli.Az -a  istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi-Novxanı yolunda baş verib.

Qobustan rayon sakini, 1995-ci il təvəllüdlü Mikayılov Bəhram Bəhruz oğlu idarə etdiyi "KamAz" markalı 90 AM 058 dövlət nömrə nişanlı, Binəqədi Rayon İcra Hakimiyyətinin "Kommunal Xidmətlər Müəssisəsi" MMC-yə məxsus yük avtomobilini idarə edərkən yolu keçən naməlum kişini vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb