İcra hakimiyyətinin işçisi ağır qəza törətdi: Ölən var

00:53 | 11.12.2017
İcra hakimiyyətinin işçisi ağır qəza törətdi: Ölən var

İcra hakimiyyətinin işçisi ağır qəza törətdi: Ölən var

Tərtər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Report-un məlumatına görə, "Toyota Land Cruiser" markalı avtomobillə "Kia" markalı avtomobil toqquşub.
Hadisə nəticəsində "Kia"nın sürücüsü Elşad Abbasov ölüb.

Qeyd edək ki, "Kia" ilə toqquşmuş "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsü Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə Şöbə müdiri Zaur Bəylərovdur.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti