İcra hakimiyyətinin qarşısına bomba qoyulduğunu deyən şəxs saxlanılıb

11:44 | 28.01.2022
İcra hakimiyyətinin qarşısına bomba qoyulduğunu deyən şəxs saxlanılıb

İcra hakimiyyətinin qarşısına bomba qoyulduğunu deyən şəxs saxlanılıb

Səbail Rayon İcra Hakimiyyətinin (RİH) qarşısına bomba qoyulduğunu deyən şəxs saxlanılıb.

Hadisə yanvarın 27-si saat 16 radələrində qeydə alınıb.

Naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar xəttinə zəng edərək RİH-nin qarşısına bomba qoyulduğunu bildirib.

Araşdırma zamanı zəng edən şəxsin Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü M.N (Ad, soyadı şərti) olduğu məlum olub.

Daha sonra həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Məlum olub ki, M.N ruhi xəstədir. O, psixiatriya xəstəxanasına yerləşdirilib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM