İcra nümayəndəsi barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdı

15:49 | 10.02.2014
İcra nümayəndəsi barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdı

İcra nümayəndəsi barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdı

Masallı Rayon İcra Hakimiyyəti Başçısının Qarğalıq ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış istintaqla Masallı rayon İcra Hakimiyyəti Başçısının Qarğalıq ərazi dairəsi üzrə nümayəndəsi Sübhan Zalıyevin rayonun Kürdəbaz bələdiyyəsinin mülkiyyətində olan 1,49 hektar torpaq sahəsini Qarğalıq kənd sakini Ağasənəm Nuriyevaya icarəyə vermək məqsədilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək icarə müqaviləsi tərtib edib icra nümayəndəliyinin möhürü ilə təsdiq etməklə sonuncuya təqdim etməsində şübhələr üçün əsaslar olduğundan o, iş üzrə Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti