İctimai birlik növbəti təlimini keçirdi - Fotolar

20:03 | 28.04.2015
İctimai birlik növbəti təlimini keçirdi - Fotolar

İctimai birlik növbəti təlimini keçirdi - Fotolar

Bu gün Demokratiyanın və Milli Dəyərlərin Təbliği  İctimai Birliyi Bakı şəhəri Sabunçu rayon F. Bayramov  adına 22 saylı tam orta məktəbdə " İbtidai sinif şagirdlərinin dünyagörüşlərinin formalaşmasında sinifdənxaric işlərin rolunun təbliği” mözusunda sayca dördüncü təlimini keçirib. 

Təlim başlamazdan əvvəl şagirdlər ictimai birliyin bu günə kimi gördüyü işlərlə bağlı hazırlanmış video çarxı izləyiblər. Müəllimə iştirakçıları salamladıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Sonra söz ictimai birliyin sədri Əli Cəfərova verilib. O, bir daha şagird və valideynləri salamladı və təlimin bu günkü mövzusu barədə  iştirakçılara məlumat verib. Əli müəllim bildirdi ki, kinoflimlərə müraciət etməkdə bizim əsas məqsədimiz yetişməkdə olan gənc nəslin dünyagörüşlərini formalaşdırmaq, onların mənəvi aləmini zənginləşdirməkdən ibarətdir. Daha sonra O, bildirdi ki, uşaqların asudə vaxtları düzgün təşkil olunması günümüzün əsas sərtlərindən biridir. Biz çalışmalıyıq ki, onlar həm təlimdə , həmdə tərbiyədə cəmiyətimiz üçün yararlı şəxslərə çevrilsinlər. Onları vaxtıda düzgün tərbiyə etmədikdə   sonradan onlar həm ailə üçün , həmdə cəmiyyətimiz üçün problemə çevrilirlər. Buna görə də usaqların təlim və tərbiyəsilə  vaxtında məşqul olmaq lazımdı. O, xüsusi olaraq bildirib ki, Layihəni Azərbaycan Respublikası Prezdenti yanında QHT Dövlət Dəstəyi Şurası maliyələşdirir. Əli Cəfərovun qısa nitqindən sonra soz  Cavid müəlimə  verildi. Cavid müəllim  bildirdi ki, şagirdlərin asudə vaxtlarının səmərəli təşkilində sinifdənxaric işlərin rolu əvəzedilməzdir. Sinifdənxaric işlər düzgün təşkil edildikdə şagirdlərdə əxlaqi dəyərlər formalaşır və onların dünyagörüşləri artır. Sonra bildirdiki biz ötən dərslərimizdə sifahi xalq ədəbiyatı nümunələri əsasında təlim və tərbiyədən danışdıq. Ötən təlim materiallarını  qısaca olaraq sual-cavab ediləndən sonra müəllim bildirib ki, bu gün dünya türkləri Çanaqqala zəfərini qeyd edir. Mən  istəyirəmki Çanaqqala zəfərinə həsr edilmiş sənədli kino fraqmentə baxaq. Baxışdan sonra Cavid müəllim kinoflimlər haqında və tərbiyədə flimlərimizin rolu haqqında qısa nitq söyləyib. Sonra müəllim bildirdiki biz  kino  incilərimizi  mənimsəsək bizim dünyagörüşlərimiz formalaşacaq və biz gələcəkdə vətəndaş cəmiyyətinə asand inteqrasiya oluna biləcəyik. Sonra  müəllim”Bizim Cəbiş müəllim”,”Qəzəlxan”, " Dədə Qorqud”, " Babək”,”Ögey Ana” və s flimlər haqqıda danışdı. Eyni zamanda həmin flimlərdən qısa fraqmentlərə birgə tamasa edildi.  Müəllim”Bizim Cəbiş müəllim” flimini müzakirə edərkən usaqlara əsil müəllim  kimə deyilir, müəllim haqqında cox düzgün və dolgun izahat verib. Bundan başqa müəllim "Dədə Qorqud” dastanında əməksevərlik, "Ögey Ana " flimində valideyin övlad münasibətləri necə qurulmalıdır və necə olmalıdır kimi məsələlərə aydınlıq gətirdi.  Sonra şagirdlərdən  Leyla əməksevərliklə bağlı, Aysel ana sevgisilə baglı suallara cavab veriblər. Sonda sagirdlərdən Cavad və Elnur "Axrıncı Aşrım” flimindən hazırlamış olduqları   teatrlaşdırılmış tamaşanı göstəriblər.  

Təlimin sonunda 22 saylı orta məktəbdə uzun müddət müəllimə işləyən  Tünzalə müəllimə məktəblərdə bu formada keçirilən təlimlərin şagirdlərimizə müsbət təsir etməsindən danışaraq təlimi təşkil edən şəxslərə öz təşəkürlərini bildirdilər. Sonda valideynlərdən Bənövşə  və digərləri bildirdilər ki, bu cür tədbirlər inanırıq ki, uşaqlarımızın dünyagörüşünə müsbət təsir edəcək və onlarda təhsilə maraqlarını artıracaqdır.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM