İctimai nəqliyyatda kartla ödəniş sistemi başlayır - VİDEO

12:13 | 16.09.2014
İctimai nəqliyyatda kartla ödəniş sistemi başlayır - VİDEO

İctimai nəqliyyatda kartla ödəniş sistemi başlayır - VİDEO

Avtobuslarda kartla ödəniş sistemi, sürücülərin də maaşa keçməsinə səbəb olacaq.ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, 2015-ci ildə baş tutacaq Avropa Olimpiya Oyunlarına hazırlıq prosesi özünü hər sahədə göstərir. Elə ictimai nəqliyyatda da bir çox yeniliklər olacaq. Yeni avtobusların gətirilməsilə yanaşı, nağd ödənişin gələn ilə qədər kartla əvəz olunması planlaşdırılır. Yəni bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi.Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyir ki, kartlı ödəniş sistemi ilə nağd pul aradan qalxandan sonra sürücülər maaş sistemilə çalışacaq, eyni zamanda da sürücülərin vahid geyim forması da təsdiqlənmək üzrədir.Kart sistemi sürücülərin də konkret maaşla işləməsi deməkdir. Sürücülər arasında keçirilən kiçik sorğudan da məlum oldu ki, bu yenilik onların da ürəyincədir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM