Daxili İşlər Nazirliyi yanında İctimai Şura dekabrın1-də Bakıda Fəvvarələr meydanı ərazisində keçirilən aksiyada baş verənlər və saxlanılan şəxslərə bağlı nazirliyə müraciət edib.
Bu barədə Şuranın sədri Əliməmməd Nuriyev məlumat verib.
Daxili İşlər Nazirliyi yanında İctimai Şura hesab edir ki, polis razılaşdırılmayan aksiyalar zamanı ictimai qaydanı qorunması və ictimai təhlükəsizliyi təmin edilməsi vəzifəsini yerinə yetirərkən insan hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görməlidir.
Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndiyi indiki zamanda Tofiq Yaqubluya qarşı zor tətbiq edilməsi ölkəmizin nüfuzunu salınmasına hesablanmış davranış da ola bilər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !