İctimai yerlərdə siqaret qadağası

19:31 | 01.12.2014
İctimai yerlərdə siqaret qadağası

İctimai yerlərdə siqaret qadağası

Çinin paytaxtı Pekində bütün bağlı ictimai yerlərdə siqaret çəkilməsi qadağan ediləcək.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, paytaxtda gələn il iyunda başlayacaq qadağa daha sonra bütün ölkəyə yayılacaq. Həmçinin siqaret reklamları da hədəf alınacaq.
Avtomobil üzərində, filmlər, jurnallar və qəzetlərdə siqaret reklamları qadağan ediləcək.

Onu da qeyd edək ki, Çində 300 milyon siqaret istifadəçisi var.

Qadağa çərçivəsində avtobuslarda, iş yerlərində və hətta məktəblər və xəstəxanaların xaricində siqaret çəkilməsi qadağan ediləcək.

Xatırladaq ki, Çin Səhiyyə Nazirliyi üç il əvvəl otel və restoranlarda siqaret çəkilməsinə qadağa qoymuşdu.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti