"Google” şirkəti "ağıllı" robotların yaradılması texnologiyası üzərində işlərini davam etdirir.
"ICTnews" elektron xəbər xidməti "macdigger.ru” saytına istinadən bildirir ki, yüksək texnologiyalar sahəsi üzrə ekspertlər internet nəhəngini xəbərdar ediblər ki, şirkətin robot həlləri həm də müdafiə məqsədilə istifadə edilə bilər ki, bu da onların aqressiv istiqamətdə proqramlaşdırılması ilə nəticələnə bilər. "Google”un direktoru Larri Peyc bildirib ki, şirkət robotların hərbi məqsədlər üçün tətbiqinə yol verməyəcək.
"Tesla Motors” direktorlar şurasının rəhbəri Elon Mask da öz narahatçılığını ifadə edib.
"Google şirkətinin robot həlləri məni çox narahat edir. Süni intellekt hərbi məqsədlə proqramlaşdırıla və nəticədə bütün bəşəriyyəti məhv edə bilər".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !