"İdman Azərbaycan"ın adı dəyişdi - yeni ad+loqo -FOTO

14:17 | 16.09.2019

"İdman Azərbaycan"ın adı dəyişdi - yeni ad+loqo -FOTO

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) daxil olan üç telekanalın loqosu, o cümlədən birinin adı dəyişib.

Anews.az "Report"a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, "İdman Azərbaycan" telekanalının adı "İdman TV" olub. Yeni loqoda AzTV-nin, "Mədəniyyət TV"nin və "İdman TV"nin adı ağ şriftlərlə qeyd olunub.

TV isə müvafiq olaraq, göy, qırmızı və yaşıl rəngli üçbucaqların daxilində əks olunub. 

Qeyd edək ki, bu il sentyabrın 4-də Prezident İlham Əliyev Rövşən Məmmədovun "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. Rövşən Məmmədov yanvarın 15-dən QSC sədri vəzifəsini icra edirdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM