İdmançı məşqdə öldü

15:31 | 16.01.2015
İdmançı məşqdə öldü

İdmançı məşqdə öldü

Bu ölüm Rusiya idman aləmini şoka salıb.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, 23 yaşlı rusiyalı tennisçi qəfildən ölüb. Violetta Deqtyarevanın vəziyyəti məşq zamanı pisləşib. O ürək çatışmazlığı nəticəsində keçinib. Onun ölümü barəsində moldovalı rəfiqəsi məlumat yayıb.

Violetta dünya tennisçilərinin reytinq cədvəlində cütlüklər arasında 952, tək isə 1018-ci yerdə olub. Peşəkar idman kariyerasında çıxdığı 532 oyunda 20-dən çox matçı qazanıb. Ötən ilin sonlarından isə nəticələrini daha da yüksəltməyə başlamışdı.

Qeyd edək ki, dekabr ayında daha bir rus idmançı məşq zamanı keçinmişdi. MOİK-in gənc basketbolçusu Ruslan Qaqloev 17 yaşında idman hərəkətləri yrinə yetirərəkən qəfildən ölüb.

ANN.Az
 


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti