İdmandan əvvəl və sonra nə yeməli - MƏSLƏHƏT

17:36 | 06.04.2015
İdmandan əvvəl və sonra nə yeməli - MƏSLƏHƏT

İdmandan əvvəl və sonra nə yeməli - MƏSLƏHƏT

Sağlam formada yağ əridilməsi, əzələlərin yenilənməsi və idmandan sonra sərf olunan enerjinin geri qaytarılması üçün fiziki aktivlikdən əvvəl və sonra bu qidaları qəbul etmək məsləhət görülür.

Məşqlərə gedirsinizsə, idmana başlamazdan əvvəl, idman zamanı, ya da idman bitirdikdən sonra yediyiniz qidalar sağlam yağ yandırma və ya enerjinizin bərpa olunması üçün olduqca əhəmiyyətlidir.

Sözün qısası, doğru zamanda doğru qidaları qəbul etmək lazımdır:

İdmandan əvvəl:
Banan:


Məşqlər zamanı orqanizmin ehtiyac duyacağı təbii şəkərlərlə doludur. Həmçinin ürəyinizin qan dövranını yaxşılaşdıracaq,  işinə yardımçı olacaq.

Giləmeyvələr:


Enerji bərpasına ehtiyacınız varsa, çiyələk, tut, böyürtkən və gilas kimi giləmeyvələrdən istifadə edə bilərsiniz. Çünki onlar sağlam şəkər topluyucularıdır. Bədəninizi məşqdə ən yüksək nöqtədə saxlamağınızı təmin edəcək və bol-bol "C” vitamininə malikdir.

Yəqin, bilirsiniz ki, "C” vitamini və kalium qaçış zamanı əzələlərinizin yenilənməsinə yardımçı olur.

Az yağlı qatıq:


Kalsium, zülal və karbohidrat baxımından zəngindir. Kalsium keyfiyyətli formada yağ yandırıcıdır.  
 
 
 
 
İdman zamanı
Kişmiş:

Yüksək miqdarda şəkərdən ibarətdir. Enerjinizin tam düşdüyü anda ondan bir neçəsini ağzınıza atarsınızsa, bu, sizə yardımçı olacaq. Bir sözlə, bir ovuc üzüm sizin enerjinizin məşqi davam etdirməsinə yardımçı olacaq

İdman sonra
Yulaf:


Karbohidrat cəhətdən zəngindir, amma lif və zülalı çoxaldır. Yanına da bir az meyvə və süd əlavə edərsinizsə, ecazkar bir qəhvəaltı hazır olar.

Toyuq sinəsi:


Sağlam və yağsız zülal ən çox toyuq sinəsində olur. Əzələlərinizin yenilənməsinə kömək olur. Bişirilməsi də asandır. Hər kəs asanlıqla ləzzətli toyuq sinəsi bişirə bilər.
 
 
 
 
Noxud:

Noxud ilə hazırlanan souslar lif və zülal mənbəyidir. İdman sonrası enerjinizi anında geri qaytarır. Amma yaxşı olar ki, onu sarımsaqsız hazırlasınız.

Alma:


Tərkibindəki lif və minerallar məşq sonrası orqanizminizin tər ilə itirdiyi bütün elementləri yenidən bərpa etmiş olur.


Hazırladı Nuray




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti