İdmançılarımızın dopinq qəbul etməsinə RƏSMİ REAKSİYA

14:47 | 17.03.2014
İdmançılarımızın dopinq qəbul etməsinə RƏSMİ REAKSİYA

İdmançılarımızın dopinq qəbul etməsinə RƏSMİ REAKSİYA

Avropa çempionatında medal qazanmış 5 idmançımızın hamısının dopinq qəbul etdiyi iddia olunur.Axar.az xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Ağır Atletika Federasiyasının saytında yayılıb. Məlumatda bildirilir ki, Avropa çempionatında Valentin Xristov (62 kq, qızıl), İntiqam Zairov (94 kq, qızıl), Sərdar Həsənov (69 kq, gümüş), Silviya Anqelova (48 kq, gümüş), Zülfüqar Süleymanov (62 kq,bürünc) qazandıqları medallardan məhrum edilməklə yanaşı, diskvalifikasiya da olunublar.Qafqazinfo-ya Federasiyadan verilən məlumata görə, idmançıların dopinqdən istifadə etməsi ilə bağlı yayılan məlumat araşdırılır:“Araşdırmalar bitəndən sonra daha dəqiq məlumat əldə edə biləcəyik”.Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanı Qazaxıstana dəyişən perspektivli idmançımız Nicat Rəhimov millidə yaşanan özbaşınalıqlardan danışmış, bütün idmançılara məcburi qaydada dopinq verildiyini bildirmişdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM