Oxu.Az xəbər verir ki, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat üçün bildirir ki, filmin çəkilişləri ilə əlaqədar aprel ayının 1-dən 14-nə qədər İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Aprel ayının 4-dən İçərişəhərin Qoşa Qala Qapısı girişindən nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, Neftçilər prospekti tərəfindən olan girişdən isə giriş-çıxış yalnız İçərişəhərin sakinləri və elektron kart sahibi olan digər rezidentlər üçün açıq olacaqdır.
Çəkilişlər əsasən İçərişəhərin Qoşa Qala Qapısı meydanında və Asəf Zeynallı küçəsində aparılacaqdır.
Çəkilişlərlə əlaqədar İçərişəhərin sakinləri və qonaqları üçün yarana biləcək müvəqqəti narahatçılığın minimuma endirilməsi məqsədi ilə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bütün lazımi tədbirlər görüləcəkdir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !