IFC AccessBank-a vəsait yatırmaqla kiçik biznesin maliyyə imkanlarını artırır

11:57 | 18.08.2015
IFC AccessBank-a vəsait yatırmaqla kiçik biznesin maliyyə imkanlarını artırır

IFC AccessBank-a vəsait yatırmaqla kiçik biznesin maliyyə imkanlarını artırır

Dünya Bankı Qrupunun üzvü olan IFC (Beynəlxalq Maliyyə Korporasiyası) Azərbaycanın aparıcı maliyyə təşkilatlarından biri olan AccessBank-a 25 milyon ABŞ dolları məbləğində subordinasiya krediti verməklə kiçik biznes üçün kredit imkanlarını genişləndirmək, iqtisadi inkişafı və iş yerlərinin yaradılmasını təşviq etmək məqsədinə xidmət edir.

IFC-nin öz uzun-müddətli tərəfdaşı AccessBank-a bu dəstəyi banka daha çox mikro, kiçik və orta müəssisələrə (MKOM-lara) xidmət göstərməyə kömək edəcəkdir. Bu cür müəssisələr məşğulluğun və innovasiyaların əsas mənbəyi olmaqla yanaşı, bir çox hallarda kommersiya kreditlərinə və maliyyələşmənin digər önəmli formalarına çıxışda çətinliklərlə qarşılaşırlar. Layihənin Azərbaycanın dayanıqlı inkişafı üçün əhəmiyyətli rol oynayan qeyri-neft sektorunun payının artmasına da böyük töhfə verməsi gözlənilir.

"Yaxın tərəfdaşımız və səhmdarımız olan IFC-nin dəstəyini alqışlayırıq,” – AccessBank-ın İdarə Heyətinin sədri Michael Hoffmann söylədi. – "Bankımızın geniş xidmət şəbəkəsi vasitəsilə biz bu vəsaiti MKOM müştərilərimizə kredit şəklində təqdim edərək önəmli bazar qisimlərdə iqtisadiyyatı daha da stimullaşdıracağıq.”

Öz növbəsində, IFC-nin Azərbaycan üzrə Ölkə Nümayəndəsi Aliyə Əzimova qeyd etdi: "IFC özəl sektorun inkişafını dəstəkləyən investisiyaları və məsləhət xidmətlərini Azərbaycandakı fəaliyyətimizin prioriteti hesab edir. AccessBank ilə əməkdaşlığımız Azərbaycanda maliyyə imkanlarını genişləndirəcək və iqtisadiyyatın şaxələndirilməsini dəstəkləyəcək.”

IFC, digər beynəlxalq maliyyə qurumları ilə yanaşı, 2002 ildə AccessBank-ın təsisçilərindən biri olmuşdur. O vaxtdan AccessBank Azərbaycanda MKOM-larla işləyən ən iri maliyyə təşkilatına çevrilmişdir və aztəminatlı əhaliyə geniş maliyyə xidmətləri göstərir.

Azərbaycan 1995-ci ildən Beynəlxalq Maliyyə Korporasiyasının (IFC-nin) üzvüdür. Otən dövr ərzində IFC Azərbaycanda maliyyə xidmətləri, infrastuktur və sənaye sahələrində icra edilmiş 54 uzun-müddətli layihəyə 365 milyon ABŞ dollarından artıq məbləğdə investisyalar etmiş və digər kreditorlardan 73 milyon ABŞ dolları məbləğində ölkə üçün maliyyə cəlb etmişdir. Bundan əlavə, IFC ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə 78 milyon ABŞ dolları həcmində ticarət dövriyyəsini dəstəkləmiş və özəl sektorun inkişafı məqsədilə müxtəlif məsləhət xidmətləri layihələri həyata keçirmişdir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM