İflicli xəstələri üçün ümid işığı

09:07 | 21.10.2014
İflicli xəstələri üçün ümid işığı

İflicli xəstələri üçün ümid işığı

Polşada tibb alimləri qurşaqdan aşağısı iflic olmuş xəstə üzərində unikal əməliyyat həyata keçiriblər. Məlumata görə, əməliyyat nəticəsində Darek Fidikanın ayaqlarında hissiyat bərpa olmağa başlayıb. Xəstə özünü yenidən doğulmuş kim hiss etdiyini deyib və tədricən yerimə vərdişlərini bərpa etməyə çalışır.Həkimlər xəstənin zədələnmiş sinir liflərinin bərpasında onun burnundakı iybilmə sinir liflərindən istifadə ediblər.İybilmə sinir hüceyrələri insan orqanizmində öz-özünə bərpa olunan yeganə sinir hüceyrələridir.Alimlər bu kəşfi insanın aya ilk səfəri ilə müqayisə ediblər. Onların sözlərinə görə, bu tarixi kəşf yüzlərlə iflicli xəstələrin müalicəsinə kömək edə bilər.//Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM