İhsanoğludan açıqlama

21:25 | 26.06.2014
İhsanoğludan açıqlama

İhsanoğludan açıqlama

"Türkiyədə din və siyasət işləri bir-birindən ayrılmalıdır"
ANS TV-nin məlumatına görə, bunu avqustda keçiriləcək prezident seçkilərində Cümhuriyyət Xalq Partiyası və Millətçi Hərəkat Partiyasının birgə namizədi Ekmələddin İhsanoğlu bəyan edib. 
Müxalifətin namizədi bu barədə “CHP”nin baş qərargahında müxalifət lideri Kamal Kılıçdaroğlu ilə birgə mətbuat konfransında danışıb. “Mən Cümhuriyyətin təməllərinə sadiq bir vətəndaşam. Din və siyasət işləri bir-birindən ayrılmalıdır. İslam dünyasının əziyyət çəkdiyi məsələlərdən biri din və siyasətin bir-birinə qarışdırılmasıdır. Məzhəbçilik və dini siyasətə alət etmək məsələsində fikirlərim çox açıqdır”.
Ekmələddin İhsanoğlu həmçinin bildirib ki, müxalifət lideri Kamal Kılıçdaroğlu onun namizədliyini irəli sürməklə öz üzərinə çox böyük bir məsuliyyət götürüb və onların məqsədi Türkiyənin önündəki maneələri aradan qaldırmaqdır.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM