II Avropa Oyunlarının tarixi və idman növlərinin siyahısı açıqlanıb

11:45 | 25.05.2017
II Avropa Oyunlarının tarixi və idman növlərinin siyahısı açıqlanıb

II Avropa Oyunlarının tarixi və idman növlərinin siyahısı açıqlanıb

2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının proqramına 16 idman növü salınıb.

Anews.az Report-a istinadən xəbər verir ki, bu barədə Oyunların Təşkilat Komitəsindən açıqlama verilib.

Bildirilib ki, 2015-ci ildə Bakıda təşkil olunmuş ilk Oyunlarla müqayisədə əsas yer idmanın kraliçası sayılan atletikaya veriləcək. Bu dəfə aşağı divizion ölkələri deyil, yüksək səviyyəli atletlər çıxış edəcəklər.

Digər tərəfdən, II Avropa Oyunlarında qılıncoynatma, çimərlik futbolu, taekvondo, triatlon və su idman növləri üzrə yarışlar keçirilməyəcək. Beləliklə, Oyunların proqramında atletikadan əlavə, badminton, stritbol (basketbol 3X3), boks, güləş, stolüstü tennis, karate, kamandan oxatma, çimərlik voleybolu, velosiped idmanı, sambo, akademik, kayak və kanoe qayıqlarında avarçəkmə, atıcılıq və gimnastika yer alacaq.

Proqrama ağırlıqqaldırmanın da salınacağı planlaşdırılırdı. Lakin son anda bu növ siyahıdan çıxarılıb. Gimnastika, güləş, habelə olimpiadanın proqramına salınmayan stritbol, sambo və çimərlik futbolu istisna olmaqla, qalan növlər üzrə yarışlar Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Minskdə 4000-dək idmançı və 2000-dək rəsmi şəxsin iştirakı nəzərdə tutulub. İdmançılar Tələbə Şəhərciyində yerləşdiriləcəklər. Oyunlar 21-30 iyunda keçiriləcək. Açılış və Bağlanış mərasimləri "Dinamo” stadionunda təşkil olunacaq. "Minsk 2019”-un şüarı "Bright You” ("Sən parlaqsan”) olacaq. Bu isə qısaldılmış formada BY (Belarus) deməkdir.

Avropa Olimpiya Komitəsi idmançı və rəsmi şəxslərin səfər xərclərini öz üzərinə götürəcək. Təşkilat Komitəsi isə Minskdə qalma xərclərini qarşılayacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM