İki alim vəfat edib - FOTO

10:28 | 21.04.2022
İki alim vəfat edib - FOTO

İki alim vəfat edib - FOTO

Azərbaycan Respublikasının əməkdar elm xadimi, kimya elmləri doktoru, professor Siracəddin Vəli oğlu Sərkərov vəfat edib. 
 
O, ömrünün 88-ci ilində dünyasını dəyişib.
 

 
Botanika İnstitutunun Elmi Şurasının üzvü olmuş professor 194 məqalə və iki monoqrafiya müəllifi olub. 
 
Eyni zamanda, S.Sərkərov 50-dən artıq elm üçün yeni fizioloji fəal maddəni fərdi şəkildə alıb, müasir spektroskopiya (infraqırmızı, nüvə maqnit rezonansı 1H,13C  Dept 135, Dept 90) və klassik kimya metodlarından istifadə edərək onların quruluş və fəza-quruluş düsturlarını təyin edib.
 
Alim 100-dən artıq bioloji fəal maddəni müasir spektroskopik və klassik kimya metodlarından istifadə edərək məlum maddələrlə identifikasiya edilib.
 
Bundan başqa, Botanika İnstitutunun digər əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Ədalət Səmədova 91 yaşında vəfat edib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM