2024-cü ilin iki ayında Azərbaycanda orta aylıq əməkhaqqı 946,8 manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,8% artıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirib.
2023-cü il muzdla işləyənlərin orta aylıq əməkhaqqı məbləği 933,8 manat olub.
Martın 1-nə olan məlumata görə muzdla çalışanların 899,7 min nəfəri dövlət sektorunda, 827,5 min nəfəri özəl sektorda çalışıb.
"İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub", - məlumatda verilir.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !