İki ayda tikinti materiallarının istehsalı artıb

14:32 | 18.03.2024
İki ayda tikinti materiallarının istehsalı artıb

İki ayda tikinti materiallarının istehsalı artıb

2024-cü ilin iki ayında ölkədə 173,9 milyon manat məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 35,1% çoxdur. Bu barədə İnterfaks-Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən yazıb.

Hesabat dövründə respublikada 546,7 min ton sement (artım 29,8%), 6,3 min kubmetr betondan yığma tikinti konstruksiyaları (artım 50%), 9,1 min ton asfalt (azalma 37,7%), 84,4 min kubmetr tikinti kərpici (artım 3,7%) və 1 milyon 760,4 min kvadratmetr tikinti şüşəsi (artım 30,3%) istehsal edilib.

2023-cü ildə Azərbaycanda 1 milyard 180,3 milyon manat məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 31,8% çoxdur. 
 
Ötən ilin yanvar-noyabrında Azərbaycanda 3 418,4 min ton sement istehsal edilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə sement 132,7 min və ya 4% artıb. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
 
2022-ci ilin yanvar-noyabrında bu göstərici 3 285,7 min ton təşkil edib.

2022-ci ildə Azərbaycanda 1 milyard 85,7 milyon manatlıq (indiki məzənnə ilə 638,8 milyon ABŞ dolları) tikinti materialları istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə 12,6% çoxdur.

 Aytac
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM