Report.az xəbər verir ki, bu barədə vilayət Prokurorluğunun mətbuat xidmətinin məlumatında bildirilir.
Müəyyən edilib ki, 2013-cü ilin dekabrında gecə yarısından sonra Rəşad İsmayılov və Azər Nəcəfov öz tanışları ilə "Praqa" kafesinin yaxınlığında durublar.
"Bu zaman kafedən 10 nəfərdən ibarət bir dəstə çıxıb, onların arasında sonda dava ilə nəticələnən münaqişə yaranıb. Dava iştirakçılarından biri səhvən İsmayılovun yaxınlıqda dayanan qardaşına zərbə endirib və daha bir dava başlayıb, bura həm İsmayılovun, həm də onu vuranın tanışları qatılıb", - deyə məlumatda bildirilir.
İdarənin məlumatına görə, R.İsmayılov davanın dörd iştirakçısına bıçaq xəsarətləri yetirib, onlardan biri aldığı yaralardan hadisə yerində keçinib. A.Nəcəfov da bıçaqdan istifadə edib və rəqiblərindən birini belindən yaralayıb.
R.İsmayılov Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Qətl" və "İki və daha artıq şəxsin həyatına qəsd", A.Nəcəfov isə "Adam öldürməyə cəhd" maddələri üzrə müqəssir biliniblər.
Məhkəmənin hökmü ilə R.İsmayılov 9 il, A.Nəcəfov isə 2,5 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki azərbaycanlı cəzalarını ciddi rejimli islah-əmək müəssisəsində çəkəcəklər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !