Gürcüstanın Telavi rayonunun Qaraçala kəndinin iki azərbaycanlı sakini Suriyaya döyüşməyə gedib.
Modern.az saytı Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi bir müddət öncə ölkəni Tbilisi beynəlxalq hava limanı vasitəsilə tərk edərək, Türkiyənin Adana şəhərinə, oradan isə Suriyaya döyüşməyə yollanan qadınların Elmira Süleymanova və Diana Qəribova olduğunu açıqlayıb.
Ailəli və övlad sahibi olan gənc azərbaycanlı qadınlar öz yaxınlarına məktub yazaraq, Suriyaya cihad uğrunda yollandıqlarını yazıblar. Onların geri qaytarılması üçün qohumlarının Türkiyəyə yollandığı da bildirilir.
Gürcüstandan Suriyaya yollananlar arasında Pankisi dərəsinin sakinləri çoxluq təşkil edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !