İki deputat qəzada yaralandı

23:00 | 19.08.2019
İki deputat qəzada yaralandı

İki deputat qəzada yaralandı

İzmirdəki bir proqram üçün Manisadan yola düşən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatlarının olduğu 3 maşınlıq konvoyda meydana gələn qəzada deputatlar Murat Baybatur və Mehmet Əli Özkan, eləcə də digər iki nəfər yaralanıb.

Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, qəza Çiçəkli qovşağı yaxınlığında qeydə alınıb. Deputatların olduğu avtomobil başqa bir avtomobillə toqquşub.

Yaralılar Manisa şəhər Xəstəxanasına yerləşdirilib. Onların həyatı üçün təhlükə olmadığı bildirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM