İki dövlət rüsumu ləğv edilir - YENİLİK

15:56 | 20.05.2020
İki dövlət rüsumu ləğv edilir - YENİLİK

İki dövlət rüsumu ləğv edilir - YENİLİK

Azərbaycanda şərabçılıq məhsullarına görə müəyyən olunan bəzi dövlət rüsumlarının ləğv edilməsi gözlənilir.

Oxu.Az-ın xəbərinə görə, bununla bağlı "Dövlət rüsumu haqqında” qanunun 18.62.2 və 18.62.3-cü maddələrinin ləğvi təklif edilir.

Bu, o deməkdir ki, adlar verilən şərabçılıq məhsullarına görə dövlət reyestrində qeydiyyata alınma üçün müəyyən edilən dövlət rüsumu ləğv olunur.  Həmçinin, bu tip şərabçılıq məhsullarının attestasiyası üçün də rüsum aradan qaldırılır.

Bildirək ki, mövcud qanuna əsasən, hər iki halda şərabçılıq məhsullarına 10 manat rüsum tətbiq edilir.

Qeyd edək ki, adlar verilən şərabçılıq məhsullarına ekspertiza üçün rüsum 25 manat olaraq qalacaq.

Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 22-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb