"Qafqazinfo" Xezerxeber.az-a istinadən xəbər verir ki, qaydalara görə müvəqqəti olaraq bu zolaqda yalnız operativ nəqliyyat vasitələri və xüsusi icazəsi olan avtomobillər hərəkət edə bilər. Hətta bunu qadağan edən nişanlar da zolaq boyu bir neçə yerdə qoyulub. Amma görünən odur ki, bəzi sürücülər həmin zolağa girərək kobud qayda pozuntusuna yol verirlər.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirir ki, 24 saat təhlükəsiz şəhər kameraları vasitəsi ilə zolaqlar olan yola nəzarət edilir. Hansı sürücü daxil olursa dərhal həmin sürücü barəsində elektron protokol tərtib edilir:
"Artıq 520-dən çox sürücü cərimələnib".
Çəkiliş zamanı da şahid olduq ki, bir çox sürücü səbirsizlik edib oyunlar zolağına daxil olurlar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !