Yunanıstan bu gün Rusiya ilə 5 milyard avroluq razılaşma imzalamağı planlaşdırır.
ANS PRESS-in mləumatına görə, Moskva Afinaya "Türkiyə axını” qaz kəməri layihəsi çərçivəsində işlərin aparılması üçün 3 milyarddan 5 milyard avroya qədər pul verəcək. Həmin vəsait Yunanıstanın Avropaya qaz tranzitindən əldə edəcəyi gəlirin avansı olacaq. Bu barədə Rusiyanın NTV telekanalı xəbər yayıb.
Xəbərdə bildirilir ki, bu sövdələşmə dövlət borcuna yenidən baxılması üçün Avropa İttifaqı ilə danışıqların uzanması səbəbi ilə Yunanıstanın üzləşdiyi ağır vəziyyətdən çıxmasına kömək edəcək. Bununla yanaşı, mayın 12-də Afina Beynəlxalq Valyuta Fonduna 747 milyon avro məbləğində borc da qaytarmalıdır.
Qeyd edək ki, martın 30-da Moskvada Yunanıstanın istehsalat islahatı, ətraf mühitin mühafizəsi və energetika naziri Panayotis Lafazanis Rusiyanın energetika naziri Aleksandr Novakov və "Qazprom”un başçısı Aleksey Miller ilə danışıqlar aparmışdı. Görüşdən sonra jurnalistlərin suallarına cavab verən Lafazanis "Türkiyə axını”nı Mərkəzi Avropa ilə birləşdirəcək Yunanıstan ərazisindən keçən qaz kəmərinin tikilməsi barədə Rusiya ilə razılaşmanın yaxın zamanlarda imzalanacağını qeyd etmişdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !