İki maşın toqquşdu, beş yaralı - Foto

21:11 | 22.10.2021
Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, hərəkətdə olan iki minik avtomobilinin toqquşmasına VAZ 2107-in qəfildən VAZ 21010-un yoluna çıxması səbəb olub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan beş nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM