Redaktor.az xəbər verir ki, şirkət "iOS" və "Android" istifadəçiləri ilə yanaşı proqramın Veb versiyası üçün də mütəmadi olaraq yeniliklər tətbiq edir.
"WABetaInfo" portal tərəfindən paylaşılan məlumata görə, "WhatsApp"-ın Veb versiyasına iki yeni özəllik əlavə olunacaq. Yeniliklərdən biri albomlardır. Adından da göründüyü kimi bu yenilik vasitəsilə şəkillərinizi albom halına salıb göndərə biləcəksiniz.
İkinci yenilik qruplaşdırılmış smayliklər adlanır. Adındanda göründüyü kimi bu yenilik tətbiq olunandan sonra Veb versiyada oxşar smayliklər qruplaşdırılacaq. Nəticədə istifadəçilər daha asan "WhatsApp" Veb versiyası istifadə edəcəklər.
Qeyd edək ki, yenilik hazırda test mərhələsindədir. Onun nə vaxt tətbiq ediləcəyi hələ ki, məlum deyil.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !