İki min müəllim sertifikasiyanın müsahibə mərhələsindən keçə bilməyib

15:02 | 25.09.2024
İki min müəllim sertifikasiyanın müsahibə mərhələsindən keçə bilməyib

İki min müəllim sertifikasiyanın müsahibə mərhələsindən keçə bilməyib

 İki min müəllim sertfikasiya prosesində müsahibə mərhələsini keçə bilməyib. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. 
 
Prosesdə 2370 təhsil verən uğur qazanıb. 
 
Bir gün öncə nazirlik açıqlamasında bildirib ki, təkrar sertfikasiya prosesində 3 393 müəllim müsahibə mərhələsindən keçib.
 
Apellasiya müraciətləri isə 25 sentyabrda baş tutacaq.
 
Sertifikasiyada uğur qazanan müəllimlərin  3 252 təhsilverənin vəzifə maaşına 35 faiz, 24 təhsilverənin isə 10 faiz artım tətbiq olunacaq.
 
 
Bu il ibtidai sinif müəllimlərinin sertfikasiya prosesi tam yekunlaşıb.
 
Bu ildən digər fənn müəllimləri də sertfikasiya prosesinə cəlb olunub və proses 2026-ci ilə qədər yekunlaşacaq. 
 
Sertfikasiya üzrə ən aşağı nəticəni cənub bölgəsi üzrə olan müəllimlər toplayıb.
 
Bundan öncə elm və təhsil naziri sertfikasiya ilə bağlı nəticələri açıqlayarən bildirib ki, aşağı nəticə göstərən bəzi məktəblərdə hər 3 müəllimdən birinin əmək müqaviləsinə xitam veriləcək. 
 
Sertfikasiya prosesində ümumilikdə 5 mindən çox müəllim kəsilib. 
 
Ümumilikdə isə sertifikasiya prosesini keçən müəllimlərin əməkhaqqına 10%, 51 balı və daha yüksək nəticə göstərən müəllimlərin əməkhaqqısına 35% əlavələr olunur. 
 
Gülnar Nazimqızı 



 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür