Bakıda gecə klubunda kütləvi dava olub.Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən gecə klublarından qeydə alınıb. Bir qrup şəxs arasında baş verən kütləvi davada Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşı Nicat Hadıyev, Nizami Rayon Polis İdarəsinin əməkdaşı Tural Həsənov və Bakı şəhər sakini Xalid Məmmədov bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !