Hindistanın Madhya Pradeş əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində 27 nəfər ölüb, 40 əfər yaralanıb. Hadisə gecə saatlarında baş verib, "Kamayani Express" qatarı Maçak çayı üzərindəki körpüdən keçərkən dəmiryolu xəttindən çıxıb və qatar devrilib, elə həmin ərəfədə qarşı tərəfdən gələn digər "Yanata Express" sərnişin qatarı sürətini saxlaya bilməyib və devrilən qatarla toqquşub.
Dəmiryolları üzrə səlahiyyətli şəxslər qəzanın səbəbi kimi bölgəyə yağan güclü yağışı göstəriblər. Onların sözlərinə görə, həmin ərazidəki dəmir yol xəttlərinin bir hissəsi palçığa batdığından qəza vəziyyəti yaranıb.
Xilasetmə nəticəsində 300 sərnişin sağ-salamat qəza yerindən uzaqlaşdırılıb.
Ölkənin dəmiryolları naziri Sureş Prabhu qəza ilə bağlı araşdırma aparıldığını, cinayət işi qaldırıldığını deyib.
Hindistan dövlətinə aid dəmiryolları vasitəsilə gün ərzində 9 min reys həyata keçirilir və 23 milyon sərnişin daşınır. Son 5 ildə baş verən dəmiryolları qəzaları nəticəsində 1220 adam həlak olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !