İki rusiyalı idman şərhçisi Bakıya buraxılmayacaq

11:54 | 12.06.2021
İki rusiyalı idman şərhçisi Bakıya buraxılmayacaq

İki rusiyalı idman şərhçisi Bakıya buraxılmayacaq

İki rusiyalı idman şərhçisi Futbol üzrə Avropa Çempionatının Bakıda keçirilən oyunlarını izləmək üçün Azərbaycana buraxılmayacaq.


Anews.az xəbər verir ki, buna səbəb hər iki şərhçinin - Konstantin Geniç və həmkarı Mixail Mossakovskinin bir neçə il əvvəl Azərbaycanın icazəsi olmadan o vaxt işğal altındakı Qarabağa səfər etməsidir. 


K. Geniç özü məsələ ilə bağlı açıqlama verərək bildirib ki, Avro-2020 akkreditasiyası rəsmi Bakının təşəbbüsü ilə ləğv edilib. O, akkreditasiyasının ləğv edilməsi ilə bağlı UEFA-dan rəsmi məktub alıb: "UEFA-dan poçtuma qara və ağ rəngdə yazılmış bir məktub gəldi: testi keçmədiniz, Avro-2020 üçün akkreditasiya almağınız tövsiyə olunmadı. Akkreditasiya müraciətiniz rədd edilib. Bu, son qərardır".


Məlum olub ki, Mixail Mossakovskinin də adı o vaxt işğal altındakı ərazilərə qanunsuz səfər edənlər sırasındadır, buna görə o da Azərbaycana buraxılmır.  


Xatırladaq ki, erməni jurnalist Nobel Arustamyan da AÇ-2020-nin oyunları üçün akkreditasiya alsa da, bu, Bakıda keçiriləcək oyunlara aid deyil. O da oyunlar ərəfəsində Azərbaycan paytaxtına gələ bilməyəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM