Bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Oxu.Az-a bildirib.
Nadir Əzməmmədovun sözlərinə görə, MDB və Baltikyanı ölkələrin Dəmr Yolu Nəqliyyatı Şurasının Minskdə keçirilən 62-ci iclasında iştirak edən "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov "Stadler Rail Group” şirkətinin "Stadler Minsk” zavodunda olub, sonra o "Stadler Minsk” zavodunda "Azərbaycan Dəmir Yolları” üçün istehsal olunan KİSS markalı ikimərtəbəli elektrik qatarına baxış keçirib.
Xatırladaq ki, dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üzrə "Azərbaycan Dəmir Yolları” QSC ilə "Stadler Rail Group” şirkəti arasında artıq uzun müddətdir ki, danışıqlar aparılır. 13 may 2015-ci ildə Bakıda keçirilən "2015 TransCaspian” Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində "Stadler Rail Group” şirkətindən KİSS markalı 5 ikimərtəbəli elektrik qatarınin alınması üzrə saziş imzalanıb.
Bu elektrik qatarları ilkin mərhələdə Birinci Avropa Oyunları zamanı Bakı Sərnişin Stansiyası və "Koroğlu” metrostansiyası, Avropa Oyunlarından sonra isə əsaslı təmir edilən Bakı-Xırdalan- Sumqayıt marşrutunda xəttə buraxılacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !