• $
  • €
  • ₽
  • ₺
  • £

İKT üzrə ekspertə dörd il həbs cəzası verilib

İKT üzrə ekspertə dörd il həbs cəzası verilib
30.01.2025 17:46
İnformasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə ekspert İlqar Əliyev həbs edilib. Bu barədə İKT mütəxəssisi Osman Gündüz öz sosial media hesabında məlumat yayıb.

Gündüzün paylaşımında cinayət işinin detalları barədə ətraflı məlumat verilməsə də, İlqar Əliyevin ittihamları qəbul etmədiyi bildirilib.

İlqar Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-də "İnformasiya texnologiyaları" departamentinin rəhbəri və bir bankda müşavir kimi çalışıb. O, böyük miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə araşdırılıb. Məhkəmə qərara alıb ki, ittiham olunan şəxs narkotik vasitələri satış məqsədilə əldə etməyib.
 
Bu səbəbdən onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, hazırlanması, emalı, daşınması, lakin satış məqsədi güdmədən böyük miqdarda olması) ilə qiymətləndirilib.

İKT üzrə ekspert İlqar Əliyev özünü günahkar hesab etmədiyini bildirib. Lakin məhkəmənin qərarına əsasən, o, dörd il azadlıqdan məhrum edilib. 
 
N.Təbrizli
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Sabahın hava proqnozu
Cəmiyyət 12:26
Sabahın hava proqnozu
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
Cəmiyyət 11:54
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 11:41
DYP sürücülərə xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol