İl ərzində 1 dron və diversiya qrupu zərərsizləşdirilib - FOTOLAR (VİDEO)

18:55 | 31.12.2019
İl ərzində 1 dron və diversiya qrupu zərərsizləşdirilib - FOTOLAR (VİDEO)

İl ərzində 1 dron və diversiya qrupu zərərsizləşdirilib - FOTOLAR (VİDEO)

Ermənistan Silahlı Qüvvələri il ərzində ön cəbhənin və təmas xəttinin bütün istiqamətləri üzrə müxtəlif xarakterli təxribatçı fəaliyyətlər icra edib. Silahlı Qüvvələrimizi təxribatlara çəkmək niyyəti güdən düşmən, kəşfiyyat-diversiya qrupu və Pilotsuz Uçuş Aparatından istifadə edərək mövqelərimizə qarşı bir sıra fəaliyyətlər icra edib. İstənilən halda görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub və Azərbaycanda terror aktı törətməyə cəhd edən bir kəşfiyyatçı ələ keçirilib.


Ordu.az budəfəki hesabatda düşmənin il ərzində aktiv diversiya fəaliyyətləri, PUA-larının zərərsizləşdirilməsi barədə məlumat verəcək.




Fevralın 21-də günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri X-55 taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərdi. Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmən PUA-sı dərhal aşkarlanaraq zərərsizləşdirildi.


Oktyabrın 1-də, saat 22:00 radələrində isə Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədindəki təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqelərindən ərazimizə doğru təxribat-diversiya qruplarının hərəkəti döyüş mövqelərimizdə xidmət aparan sərhəd naryadları tərəfindən aşkarlandı və qarşısı alındı.

Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susduruldu və bir neçə gün sonra erməni diversiya qrupunun təxribata cəhd edərkən yaralanan müqaviləli hərbi qulluqçusu öldü.


Erməni hərbi qulluçunun sağ çiyin nahiyəsindən aldığı parçalanmış küt yara nəticəsində öldüyü bildirildi.

Ümumiyyətlə, düşmən il ərzində bütün üsullara əl atmaqla bölgədəki stabilliyi pozmağa çalışıb. Qeyd olunan təxribatçı fəaliyyətlər Azərbaycan Silahlı Qüvvələrinin bütün istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində zərərsizləşdirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM