İlham Əliyev 5 milyon manat ayırdı

22:15 | 10.06.2014
İlham Əliyev 5 milyon manat ayırdı

İlham Əliyev 5 milyon manat ayırdı

Prezident İlham Əliyev "Azərbaycan Polad İstehsalı Kompleksi"nin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
ANN.Az-ın məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinə 5 milyon manat ayrılsın".
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulmuş məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Ölkədə metallurgiya sənayesinin yaradılması, bu sahənin inkişafı və yeni texnologiyaların tətbiqi istiqamətində görülən işlərin bir hissəsi olaraq "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Kompleksin fəaliyyətinin səmərəli təşkilinin təmin edilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması əsas vəzifələrdəndir.  
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM