İlham Əliyev 92,12 faiz səslə seçkilərdə öndədir

11:44 | 09.02.2024
İlham Əliyev 92,12 faiz səslə seçkilərdə öndədir

İlham Əliyev 92,12 faiz səslə seçkilərdə öndədir

Seçki məntəqələrinin 100 faizindən daxil olmuş ilkin məlumatlara əsasən, İlham Əliyev 92,12 faiz səslə fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində liderdir. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) saytında məlumat verilib.
 
Bildirilir ki, 6537 məntəqədən daxil olan məlumatlar əsasında digər namizədlərin topladığı səs faizi aşağıdakı kimidir.

Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc - 2,17 faiz;

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa - 1,98 faiz;

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev - 1,72 faiz;

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev - 0,80 faiz;

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev - 0,66 faiz;

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev - 0,53 faiz.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM