İlham Əliyev ABŞ Dövlət Departamentinin nümayəndə heyətini qəbul etdi

17:47 | 12.02.2015
İlham Əliyev ABŞ Dövlət Departamentinin nümayəndə heyətini qəbul etdi

İlham Əliyev ABŞ Dövlət Departamentinin nümayəndə heyətini qəbul etdi

Azərbaycan prezidenti İlham Əliyev ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub.

Söhbət zamanı həmçinin enerji, nəqliyyat və digər layihələrin həyata keçirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb və bu istiqamətdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM